top of page
İri Miqyaslı Enerji və İnfrastruktur Layihələri
Şirkətimiz Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən iri miqyaslı enerji, sənaye və infrastruktur layihələrinin icrasında iştirak etmişdir. Peşəkar komandamız tərəfindən tikinti, metal konstruksiyaların hazırlanması və quraşdırılması, beton, qaynaq, montaj, yol və digər texniki işlər üzrə kompleks xidmətlər göstərilmişdir.
Fəaliyyətimiz çərçivəsində POWERCHINA və ACWA Power (Acwa) kimi beynəlxalq səviyyədə tanınmış enerji və infrastruktur şirkətləri ilə əməkdaşlıq edərək mühüm layihələrin icrasında iştirak etmişik. POWERCHINA 2026-cı il Fortune Global 500 reytinqində 104-cü, Acwa isə Forbes Middle East-in 2026-cı il “100 Most Valuable Companies” siyahısında 16-cı yerdə qərarlaşıb.


LAYİHƏLƏRİMİZ
Ölkənin müxtəlif bölgələrində iri miqyaslı tikinti, infrastruktur və enerji layihələrinin həyata keçirilməsində iştirak etmişik. Qobustan, Xızı, Sumqayıt və digər ərazilərdə yerləşən obyektlərdə tikinti, montaj, metal konstruksiya, beton, qaynaq, söküntü, yol və digər texniki işlər üzrə xidmətlər göstərmişik.
Peşəkar komandamız və müasir texniki imkanlarımız sayəsində mürəkkəb və iri həcmli layihələrin icrasını yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiririk.
Sumqayıt – Xəzər Dənizinin Duzsuzlaşdırılması
Sumqayıt ərazisində həyata keçirilən iri enerji və infrastruktur layihələrində , Dəniz suyunun duzsuzlaşdırılması,müxtəlif tikinti və texniki işlərin icrasında iştirak etmişik. Layihələrin tələblərinə uyğun olaraq metal konstruksiyaların hazırlanması və quraşdırılması, beton, qaynaq, montaj və digər texniki xidmətləri yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirmişik.


Xızı – Külək Elektrik Stansiyası
Xızı ərazisində həyata keçirilən külək enerjisi layihəsində tikinti və texniki işlərin müxtəlif mərhələlərində iştirak etmişik. Metal konstruksiyalar, beton işləri, qaynaq, montaj və digər sahələr üzrə göstərdiyimiz xidmətlərlə layihənin texniki icrasına töhfə vermişik.
Qobustan – Külək Elektrik Stansiyası
Qobustan ərazisində həyata keçirilən enerji layihəsində tikinti və montaj işlərinin müxtəlif mərhələlərində iştirak etmişik. Beton tökmə, metal konstruksiya, qaynaq, montaj və digər texniki işləri layihənin tələblərinə və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirmişik.
